Dünya Qastroenterologiyasında Azərbaycanın siması

Dünya Qastroenterologiyasında Azərbaycanın siması Azərbaycan tibbini dünyada tanıtmaq çox məsuliyyətli və əhəmiyyətli məsələlərdən biridir. Qastroenterologiya sahəsində bu vəzifə, öz işində peşəkar olan, dünyanın qabaqcıl tibb müəssisələrində təhsil və təcrübə toplayan, pasiyentlərin məmnuniyyətini öz zə
Sağlamlıq
11 Noyabr , 2022 11:25
Dünya Qastroenterologiyasında Azərbaycanın siması
Sevda Ağayeva

Azərbaycan tibbini dünyada tanıtmaq çox məsuliyyətli və əhəmiyyətli məsələlərdən biridir. Qastroenterologiya sahəsində bu vəzifə, öz işində peşəkar olan, dünyanın qabaqcıl tibb müəssisələrində təhsil və təcrübə toplayan, pasiyentlərin məmnuniyyətini öz zəhmətilə qazanan, Dünya və Avropa Qastroenterologiya cəmiyyətlərində Azərbaycanın nümayəndəsi və əsas siması olan doktor Sevda Ağayevanın üzərindədir.

"Report" xəbər verir ki, Türkiyədə və ABŞ-da təhsil aldıqdan sonra Sevda xanım Mərkəzi Gömrük Hospitalında çalışıb, 2013-cü ildən isə Baku Medical Plaza Mərkəz filialında fəaliyyət göstərir.

İstedadlı, müdrik və ziyalı insanlardan olan Sevda həkim hər zaman öz fəallığı ilə cəmiyyətin ön sıralarında gedir, ölkəmizin inkişaf və tərəqqisində xüsusi rola malik şəxslər sırasındadır. Beynəlxalq arenada tibb sahəsinin sürətlə və rəqabətlə inkişaf etdiyi bu dövrdə Azərbaycanı göz önündə saxlamaq Sevda xanımın əsas prioritetidir. Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin beynəlxalq əlaqələri üzrə məsul şəxsi olan Sevda xanım, dünyanın bir çox ölkələrinin qabaqcıl mütəxəssisləri ilə əlaqə quraraq vəzifəsini layiqincə yerinə yetirir. Bütün bu uğurların və dostluq əlaqələrinin nəticəsində hər il ölkəmizdə bir çox beynəlxalq konfransların keçirilməsinə nail olunur. Bu konfranslara Avropadan, Amerikadan, Türkiyədən və bir çox ölkələrdən nüfuzlu professorlar təşrif buyururlar. Eyni zamanda Azərbaycan həkimlərinin beynbəlxalq konfranlarda uğurla çıxış etməkləri və aktiv iştirakı fəxr hissi yaşadır. Sevda xanim dəfələrlə beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, böyük hörmət qazanmışdır. Hətta, 2018-ci ildə Asiya və Sakit Okean Hepatologiya cəmiyyətinin illik konfransında səmərəli fəaliyyətlərinə görə “Gənc Tədqiqatçı mükafatına” da layiq görülmüşdür.

Qeyd etmək yerinə düşər ki, Sevda Ağayevanın fəaliyyəti ölkəmizdən kənarda da yüksək qiymətləndirilir. Sevda xanım 2017-ci ildən Dünya Qastroenterologiya cəmiyyətinin üzvü və bu cəmiyyətdə Azərbaycanın nümayindəsidir. 2014-cü ildən isə Avropa Qastroenterologiya Cəmiyyətinin Azərbaycan üzrə nümayəndəsi seçilmişdir. Daha sonra isə Sevda xanım 2020-ci ildə Avropa Qastroenterelogiya cəmiyyətində idarə etmə səlahiyyətini də qazanmışdır.

Həkim adını daşımaq, insanlara şəfa bəxş etmək, yaşamağa ümüdlərini artırmaq böyük bir istedaddır. Sevda xanım kimi öz üzərində dayanmadan çalışan, savadını artıran və peşəsini təkmilləşdirən həkimləriminiz olmağı Azərbaycanın iftixarıdır. Belə insanların dünya miqyasında tanınmaqları, onların elmi potensialı və həkimlik savadına hörməti ölkəmiz üçün böyük və əzəmətli bir nailliyyətdir.

Son xəbərlər

Orphus sistemi