Direktor: “Hazırda ən ağır vəziyyət yol qəzalarında xəsarət alanların müalicəsi sahəsindədir” - ƏLAVƏ OLUNUB

Direktor: “Hazırda ən ağır vəziyyət yol qəzalarında xəsarət alanların müalicəsi sahəsindədir” - ƏLAVƏ OLUNUB Vaqif Verdiyev: “Regionlarındakı xəstələr Bakıya gəlmək məcburiyyətində qalmır”
Sağlamlıq
21 Dekabr , 2016 11:36
Direktor: “Hazırda ən ağır vəziyyət yol qəzalarında xəsarət alanların müalicəsi sahəsindədir” - ƏLAVƏ OLUNUB

Bakı. 21 dekabr. REPORT.AZ/ “Azərbaycanın regionlarındakı xəstəxanalarda yaradılan yüksək şərait nəticəsində artıq xəstələr Bakıya gəlmək məcburiyyətində qalmır”.

“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Otopediya İnstitunun direktoru Vaqif Verdiyev deyib.

O bildirib ki, Azərbaycanda 2009-cu ildən süni oynaqların qoyulması əməliyyatı aparılır: “2009-cu ildən bu günə kimi 100-lərlə xəstə üzərində dövlət hesabına endoprotezləşmə əməliyyatı aparılıb”.

Direktor qeyd edib ki, hazırda ən ağır vəziyyət yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlarla bağlıdır. Onun sözlərinə görə, bu cür hadisələrin sayı son illər çox artır: “Yol qəzaları nəticəsində kəllə beyin travması, döş qəfəsindən ciddi zədələnmələr olur. Bu zədələrin də müalicəsi çox çətindir. Çoxsaylı sınıqlarla müraciət edənlərin sayı artıb. Yol nəqliyyat travmatizmi ilə əlaqədar araşdırmalar aparılır. Çalışmalıyıq bunun qarşısını alaq”.

İnstitutun Kəskin travmatologiya şöbəsinin müdiri Qələndər Canbaxışov deyib ki, zədələnmələrlə bağlı müraciət edən xəstələrin 95-98 faizi cərahiyyə əməliyyatına məruz qalır.

O bildirib ki, hazırda baş verən avtomobil qəzaları nəticəsində yaranan zədələr əvvəlki illərlə müqayisədə daha ağır olur: “Əvvəllər qəzalarda bir-iki sınıq olurdusa, hazırda çoxsqmentli sınıqlarla müraciət edənlərin sayı daha çoxdur. Bu da yüksək sürət, yolun və avtomobillərin nasazlığı, təhlükəsilik kəmərindən istifadə etməmək kimi hallarla bağlıdır“.

Son xəbərlər

Orphus sistemi