Dərman qəbulunun yeni üsulu icad edilib

Dərman qəbulunun yeni üsulu icad edilib Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya və Avstraliya alimləri yapışqanlı bint (plastır) vasitəsilə dərman qəbulu üsulunu icad ediblər.
Sağlamlıq
16 Yanvar , 2019 15:31
Dərman qəbulunun yeni üsulu icad edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya və Avstraliya alimləri yapışqanlı bint (plastır) vasitəsilə dərman qəbulu üsulunu icad ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə layihə iştirakçılarından biri, Qriffits Universitetinin Təbiət elmləri kafedrasının müdiri, Seçenov Universitetinin Molekul Təbabəti İnstitutunun aparıcı elmi işçisi Yuri Anisimov məlumat verib.

Onun sözlərinə görə, yeni üsul dərmanın dəri səthinə yerləşdirilən yapışqanlı bintdə 0,5 millimetr uzunluğunda xüsusi mikro iynələr vasitəsilə tədricən, müəyyən vaxt ərzində orqanizmə yeridilməsindən ibarətdir.

Belə ki, həb vasitəsilə qəbul edilən dərmanlar əvvəlcə mədə-bağırsaq, kənar damarlar və qaraciyərə, ən sonda isə ümumi qan dövriyyəsinə daxil olduğu halda, yeni üsulla dərman birbaşa qan dövranı sisteminə yeridiləcək və heç bir ağrı, yaxud narahatlıq doğurmayacaq.

Son xəbərlər

Orphus sistemi