"COVID-19 qaraciyərdəki patoloji prosesləri ağırlaşdıra bilər və bununla bağlı remissiya mərhələsində olan hər bir qaraciyər xəstəsinə (hətta, serrozlu xəstələrə) COVID-19 əleyhinə peyvəndin vurulması tövsiyyəlidir".
"Report" xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin hepatoloqu Gülnarə Ağayeva deyib.
Onun sözlərinə görə, COVID-19 ilk növbədə ağ ciyərlərdə iltihab və mikrosirkulyasiyanın pozulmasını yaradır: "Lakin, xəstələrdə başqa orqanlarda da ciddi dəyişikliklər yarana bilər. Bunların arasında qaraciyərdəki zədələnmələri qeyd etmək istərdim. Biokimyavi testlərdə yüksəlmə, və qaraciyər funksiyasının pozulması sağlam insanlarda halsızlıq, iştahın itməsi, ümumi zəiflik yarada bilər. Qaraciyər xəstəlikləri olan insanlarda isə bu dəyişikşilkər daha ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, serrozlu xəstələrdə qaraciyər ensefalopatiyası, assit, qida borusunun varikoz genişlənmiş damarlarından qanaxma kimi təhlükəli vəziyətlərlə tamamlana bilər.