Kiçik hərəkətli fəallıq koronavirus infeksiyasının fəsadlarının öhdəsindən gəlməyə kömək etməlidir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Ümumi Təcrübə Həkimləri Federasiyasının baş katibi Silvestro Skotti bildirib.
Onun sözlərinə görə, hazırda ev təcridində olan 700 min yoluxmuş şəxsdən azı 200 mini yoluxmanın fəsadlarını yaşayır.
Əsas sindromla - yorğunluqla mübarizə aparmaq üçün həkim hələ ev təcridində olarkən hərəkət etməyi məsləhət görür.
“Tədricən hərəkət etmək vacibdir. İmkan daxilində 4-5 min addım gəzmək, pilləkanla hərəkət etmək (heç kimlə qarşılaşmırsınızsa), heç olmasa 15 dəqiqə ərzində velotrenajorda pedal fırlatmaq lazımdır. Adi məşqlər edin. Əsas odur ki, yorğunluq hissinin üzərində dayanmayın”, - ekspert bildirib.
Digər tərəfdən, Skotti qeyd edib ki, yerli terapevtlərin vəzifəsi xəstələrin sağaldıqdan sonra vəziyyətlərini izləmələrini təmin edəcək proqramlar hazırlamaq ola bilər ki, bu da onları ən azından sakitləşdirməlidir.
“Psixoloji baxımdan yorğunluq emosional tənəzzül, oturaq həyat tərzi və evdən işləməklə bağlı ola bilər”, - ekspert deyib.