COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
COP29
- 17 oktyabr, 2024
- 08:04
COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Bu barədə "Report"un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq: "Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq".
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.
Son xəbərlər
08:44
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
İnfrastruktur08:41
AP: ABŞ Ermənistandakı səfirini geri çağırır
Digər ölkələr08:13
Bakıda bir sıra yollarda nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:53
Vitse-prezident Rodriqes: Venesuela nefti daşıyan "Chevron" tankeri ABŞ-yə yola düşüb
Digər ölkələr07:26
Tramp 23 dekabr gecəsi Heqset ilə birlikdə bəyanatla çıxış edəcək
Digər ölkələr06:50
Avstraliyada silah məhdudiyyətlərinin tətbiqi və etiraz aksiyalarının qadağan edilməsi təklif olunur
Digər ölkələr06:25
Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür
Digər ölkələr05:58
İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb
Digər ölkələr05:27