Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirilib - FOTO - VİDEO - YENİLƏNİB-4
Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirilib - FOTO - VİDEO - YENİLƏNİB-4Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.
“Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb.
Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.
Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.
Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınıb.
22:15***01.02.2020
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.
“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.
Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.
Qeyd edək ki, Uhan şəhərində 6 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.
09:29***
Video əlavə olunub
*** 07:45
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.
“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.
Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.
Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.
***18:39
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.
“Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.
Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə yola salınacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.
Wuhan
Qeyd edək ki, Uhan şəhərində 6 nəfər Azərbaycan vətəndaşı var. Onlar əsasən tələbələrdir.