Çindən Milana gələn reyslərdə sərnişinlərin yarısının COVID-19 testi müsbət çıxıb

Çindən Milana gələn reyslərdə sərnişinlərin yarısının COVID-19 testi müsbət çıxıb Çindən Milana gələn iki reysdə sərnişinlərin, demək olar, yarısında COVID-19 testi müsbət çıxıb.
Sağlamlıq
29 Dekabr , 2022 15:08
Çindən Milana gələn reyslərdə sərnişinlərin yarısının COVID-19 testi müsbət çıxıb

Çindən Milana gələn iki reysdə sərnişinlərin, demək olar, yarısında COVID-19 testi müsbət çıxıb.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə Lombardiya vilayətinin səlahiyyətliləri və İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.

İtaliya hökuməti Çində koronavirusla bağlı ağır vəziyyəti nəzərə alaraq, bu ölkədən gələn bütün sərnişinlər üçün COVID-19 testini məcburi şərt edib. Pekin və Şanxaydan gələn ilk iki reysin sərnişinlərinin testləri Çindən gələn, demək olar, hər ikinci turistin COVID-19-a yoluxduğunu göstərib. Belə ki, ilk reysdə 92 sərnişindən 35-nin (38%) testi müsbət çıxıb, ikinci reysdə isə 120 nəfərdən 62-nin (52%) testi müsbət nəticələnib. Hazırda ekspertlər aşkarlanmış virusun ştamını müəyyənləşdirirlər, nəticələr bu gün məlum olacaq.

İtaliya ilə yanaşı, Yaponiya, Hindistan, Tayvan, ABŞ və Malayziya da son günlər Çindən gələn turistlərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər tətbiq edib.

Son xəbərlər

Orphus sistemi