Cəlilabadın xəstəxanasına yeni baş direktor təyin olundu
Sağlamlıq
- 15 mart, 2020
- 13:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı olub.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, İlhаm Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə Azadxanov Elnur Ramazan oğlu təyinat alıb.
Qeyd edək ki, E.Azadxanov ötən ay “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus şübhəli xəstələrin yerləşdirildiyi karantin bölgə kimi istifadə olunan səhiyyə müəssisələrindən biridir.
Son xəbərlər
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda