BMT baş katibi: "Koronavirusa qarşı peyvəndləmə ləng gedir"

BMT baş katibi: "Koronavirusa qarşı peyvəndləmə ləng gedir" Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır.
Sağlamlıq
15 Yanvar , 2022 04:18
BMT baş katibi: Koronavirusa qarşı peyvəndləmə ləng gedir

Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır.

“Report” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

"ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik", - Quterreş bildirib.

Baş katib qeyd edib ki, "omikron" ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi