Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb

Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Sağlamlıq
536
15 Yanvar , 2021 15:20
Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Report"a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsullarının istehsalı və emalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub. Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, adıçəkilən qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.

Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kq süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kq etiket aşkarlanıb. Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Son xəbərlər

Orphus sistemi