Bəhram Bağırzadə sağalaraq evə buraxılıb

Bəhram Bağırzadə sağalaraq evə buraxılıb Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb və o, artıq evə buraxılıb.
Sağlamlıq
27 iyul 2020 13:11
Bəhram Bağırzadə sağalaraq evə buraxılıb

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb.

“Report” xəbər verir ki, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.

Həkimlərin konsiliumunun qərarı ilə B.Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb.

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.

Orphus sistemi