Baş nazirin müavini: "Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq"

Sağlamlıq
  • 24 noyabr, 2015
  • 07:40
Baş nazirin müavini: Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ "Yaxın zamanlarda Azərbaycanın dərman istehsalı müəssisələri olacaq". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması gündəmdə olan məsələlərdən biridir: "Çünki buna ehtiyac var və bunu da həyata keçirəcəyik. Təbii ki, Azərbaycanın dərman sektoru yalnız xaricdən idxal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu istiqamətdə işlər aparılır". 

44 - Tezliklə