Baş kardioloq: "Azərbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"

Baş kardioloq: "Azərbaycanda ürək-damar xəstəlikləri sürətlə artır" "Hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür"
Sağlamlıq
8 İyun , 2017 12:36
Baş kardioloq: Azərbaycanda ürək-damar xəstəlikləri sürətlə artır

Bakı. 8 iyun. REPORT.AZ/ "Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir".

F.Quliyev bildirib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb: "Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir".

Son xəbərlər

Orphus sistemi