Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatının kimlərə veriləcəyi məlum olub

Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatının kimlərə veriləcəyi məlum olub “Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir”.
Sağlamlıq
2586
11 Avqust , 2021 15:16
Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatının kimlərə veriləcəyi məlum olub

“Vaksin vurdurulması üçün əks-göstərişlər çox az faiz təşkil edir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, əks-göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks-göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olanlar, yaşı 18-dən yuxarı, vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə allergik reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlar bu siyahıya aiddir. Bunlar qəti əks-göstərişlərdir.

Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi