Baş həkim: "Pfizer" vaksinindən fəsad qeydə alınmayıb"

Baş həkim: "Pfizer" vaksinindən fəsad qeydə alınmayıb" Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında səhər saatlarından indiyə qədər 12 nəfərə Pfizer-BioNTech vaksinin ilk dozası vurulub.
Sağlamlıq
236
7 İyun , 2021 13:26
Baş həkim: Pfizer vaksinindən fəsad qeydə alınmayıb
Şahlar Nəsirov

Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında səhər saatlarından indiyədək 12 nəfərə "Pfizer-BioNTech" vaksininin ilk dozası vurulub.

Bunu “Report”a açıqlamasında tibb müəssisəsinin ambulatoriyasının baş həkimi Şahlar Nəsirov bildirib.

Onun sözlərinə görə, qeydiyyatdan keçərək vaksinasiyaya gələn şəxslər ilk olaraq həkim müayinəsindən keçirilib: “Vaksin edilən şəxslərin heç birində fəsad qeydə alınmayıb və onlar peyvənddən sonrakı 15 dəqiqə ərzində nəzarətdə saxlanılıb. Hər kəsi peyvənd olunmağa dəvət edirəm”.

Qeyd edək ki, Azərbaycana 218 min doza “Pfizer” peyvəndi gətirilib və bu gündən istifadəsinə başlanılıb. Peyvəndi Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, Bakı Sağlamlıq Mərkəzində vurdurmaq mümkündür.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin “AstraZeneca” vaksinindən də istifadə olunur.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

Son xəbərlər

Orphus sistemi