"Report" xəbər veri ki, konfransda giriş nitqi söyləyən Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində quruculuq dövrünü yaşayan müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, elm, təhsil və səhiyyə sektorunda da mühüm inkişaf, nailiyyətlər əldə edilib. Səhiyyənin vacib istiqamətlərindən olan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində də məhz ümummili liderin diqqət və qayğısı sayəsində uğurlara nail olunub.
Prezident
Dövlət Gömrük Komitəsinin sədri
Konfransın sədri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov qeyd edib ki, bu cür elmi-praktik konfransların keçirilməsinin məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunub.
Dörd paneldən ibarət olan konfransda yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibb ekspertləri də “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxış ediblər.
Tədbirdə interaktiv diskussiyalar da aparılıb.