Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir.
Sağlamlıq
24 May , 2022 10:48
Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir.

"Report" xəbər verir ki, beynəlxalq forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, həmçinin Latviya, Litva respublikalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıb.

Q.Təhməzli forum iştirakçılarını AQTA tərəfindən həyata keçirilən innovativ həllər barədə də məlumatlandırıb.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks, Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovas və digər natiqlər də çıxış edərək, bitki sağlamlığınin kainat üçün əhəmiyyəti və bitki mühafizəsi üzrə zəruri tədbirlər haqda fikirlərini bölüşüblər.

Daha sonra forum işini iki sessiya üzrə davam etdirəcək. Sessiyalarda “Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi”, “Bitki sağlamlığı üzrə hüquqi çərçivənin və idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycanın bitki sağlamlığı statusunda özəl sektorun rolu”, “İT sisteminin AQTA və özəl sektorun ehtiyacları üçün istifadə perspektivləri” və s. mövzularda məruzələr dinləniləcək.

Son xəbərlər

Orphus sistemi