Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçib

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçib Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
1255
28 Avqust , 2021 16:09
Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.

Son xəbərlər

Orphus sistemi