Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb Onlardan 62 min nəfəri məhz Bakıda yaşayır
Sağlamlıq
22 İyun , 2016 12:08
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycanda 204 mindən çox şəxs şəkərli diabet xəstəsi kimi Respublika Endokrinoloji Mərkəzdə qeydiyyatdadır". 

"Report"un məlumatına görə, bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 62 min nəfəri məhz Bakıda yaşayır: "Qeydiyyatda olan 524 uşağın 90 nəfərinə Heydər Əliyev Fondunun köməkliyi ilə pompa qoyulub. Digərlərinə də hissə-hissə bu proses həyata keçiriləcək. Yaş qruplarına gəlincə uşaqlar arasında bir yaşında olan şəkərli diabet xəstəmiz də var. Artıq şəkərli diabet yaş baxımdan qiymətləndirilə bilməz. Adətən, bu xəstəlik ən çox yaşlılarda müşahidə olunurdu. İndi isə burada cavanlaşma gedir".

Y.İsmizadə qeyd edib ki, şəkərli diabet xəstəliyinə tutulma halları hər il təxminən 15 faiz artımla yüksəlir: "Bu artım Azərbaycanda da müşahidə olunur. Xəstələrin sayı artırsa, deməli, insulin pompasından istifadə edənlərin sayı da artır. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Əgər valideynlərdən hər ikisi şəkərli diabet xəstəsi olarsa, o zaman onların övladları da 50 faiz bu xəstəliyə meyilli olur. Yalnız bir valideyndə olarsa, onda bu göstərici 20-30 faiz olar. Adi qrip xəstəliyi keçirən insanda onun fəsadı kimi şəkər xəstəliyinə tutula bilər".

Son xəbərlər

Orphus sistemi