Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada 1 455 nəfər vaksinasiya olunub.
Sağlamlıq
25 Avqust , 2022 21:44
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 455 nəfər vaksinasiya olunub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 271, ikinci doza vaksinlərin sayı 224 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 809-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 151 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 853 207 olub.

Son xəbərlər

Orphus sistemi