TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb “Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Orta yaş isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”.
Sağlamlıq
5 Avqust , 2020 15:33
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

“Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Vəfat edənlərin orta yaş göstəricisi isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib kİ, xaricdən gələn eksperlərlə sıx şəkildə əməkdaşlıq edilir: “Bu günə qədər əlavə çarpayı fondundan istifadə edilməsə də, zərurət yaranacağı təqdirdə onlardan istifadə edilə bilər”.

O bildirib ki, əlavə yumşalmaların olması ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardır: “TƏBİB ancaq xəstələrin müalicəsi ilə məşğul olur”.

Son xəbərlər

Orphus sistemi