Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8  nəfər vəfat edib

Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8  nəfər vəfat edib Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364& nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
5301
2 İyul , 2020 18:36
Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8  nəfər vəfat edib

Azərbaycanda 572  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6976 koronavirus testi aparılıb.