Azərbaycanda bu gündən immunlaşdırma həftəsi başlayıb

Azərbaycanda bu gündən immunlaşdırma həftəsi başlayıb Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb
Sağlamlıq
26 Aprel , 2021 11:00
Azərbaycanda bu gündən immunlaşdırma həftəsi başlayıb

Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə 2021-ci ilin aprel ayının 26-sı mayın 2-si tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərilərinə tövsiyə edilir.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi