Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb

Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb Bir ildə xəstələrin sayı 4 min nəfərdən çox artıb
Sağlamlıq
117
25 Noyabr , 2015 10:51
Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstə uşaqların sayı 2013-cü ildə 20 302 nəfər idisə, keçən il bu göstərici 24 mindən (24 769) çox olub.

Eyni zamanda, müalicə-profilaktika müəssisələrində həmin xəstəlik üzrə qeydiyyatda olan xəstə uşaqların ümumi sayında da artım qeydə alınıb. Belə ki, keçən il anemiyadan əziyyət çəkən 23 398 uşaq (2013-cü il 22 172) qeydiyyatda olub. Bu da əhalinin hər 100 000 nəfərinə 913 xəstə uşağın (2013-cü il 870) düşməsi deməkdir.

Bununla yanaşı, mövcud yaş dövründə uşaqlar arasında müşahidə olunan yod, A vitamini çatışmazlığı xəstələnməsində də artım olub. Belə ki, keçən il 409 (2013-cü il 176) uşaqda yod, 46 nəfərdə (2013-cü il 44) isə A vitamini çatışmazlığı xəstəliyi müşahidə olunub. Həmçinin 731 uşaqda (2013-cü il 733) boyatmanın ləngiməsi və zəiflik ilə xəstələnməsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi