Azərbaycan Prezidenti səhiyyə nazirini “Şöhrət” ordeni ilə təltif edib

Sağlamlıq
  • 12 avqust, 2015
  • 13:40
Azərbaycan Prezidenti səhiyyə nazirini “Şöhrət” ordeni ilə təltif edib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oqtay Kazım oğlu Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla O.Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.