Azad olunan ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib

Azad olunan ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib “Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1 970 nəfərin müyinəsi təşkil edilib”.
Sağlamlıq
20 Dekabr , 2023 11:33
Azad olunan ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib

“Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1 970 nəfərin müyinəsi təşkil edilib.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB tabeli tibb müəssisələri tərəfindən təmin edilir:

“Böyük Qayıdış" layihəsi çərçivəsində TƏBİB tabeli müəssisələrdə 2022-ci ilin 9 ayında 290 nəfər, 2023-cü ilin 9 ayında 1970 nəfərin müayinəsi təşkil edilib”.

Vüqar Qurbanov tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi