Avropa Komissiyası “Novavax” peyvəndinin tədarükünə dair müqavilə imzalayıb

Avropa Komissiyası “Novavax” peyvəndinin tədarükünə dair müqavilə imzalayıb Avropa Komisiyası “Novavax” şirkətinin istehsal etdiyi koronavirus dərmanının Aİ məkanında istifadəsinə tərəfdar çıxaraq üzv ölkələrə 200 milyon doza tədarükünə dair müqavilə imzalayıb.
Sağlamlıq
177
4 Avqust , 2021 20:08
Avropa Komissiyası “Novavax” peyvəndinin tədarükünə dair müqavilə imzalayıb

Avropa Komissiyası (AK) “Novavax” şirkətinin istehsal etdiyi koronavirus vaksininin Avropa İttifaqı məkanında istifadəsini təsdiqləyib və üzv ölkələrə 200 milyon dozanın tədarükü ilə bağlı müqavilə imzalayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen və AK səhiyyə komisarı Stella Kiryakides sosial şəbəkə hesablarından bildiriblər.

Xatırladaq ki, 2020-ci ildə Avropa Komisiyası 6 əczaçılıq şirkətinin istehsal etdiyi, klinik sınaqları tam başa çatmamış peyvəndlərin 2 milyarddan artıq dozasının tədarükünə dair müqavilələr imzalamışdı. Daha sonra həmin şirkətlərdən 4-nün klinik sınaqları müvəffəqiyyətlə başa çatdırılıb və onlara Avropa Dərman Agentliyi (EMA) tərəfindən sertifikat verilib.

Son xəbərlər

Orphus sistemi