İndiyə qədər ölkə üzrə 1 787 vahid qan toplanılıb - YENİLƏNİB-4

İndiyə qədər ölkə üzrə 1 787 vahid qan toplanılıb - YENİLƏNİB-4 Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.
Sağlamlıq
28 İyul , 2023 18:05
İndiyə qədər ölkə üzrə 1 787 vahid qan toplanılıb - YENİLƏNİB-4

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 18:00-dək 1 787 vahid qan yığılıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

16:02

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1 699 vahid qan toplanılıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, bunun 1 210-u paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.

13.11

Saat 12:00-a olan məlumata əsasən, ümumillikdə ölkə üzrə 885 vahid qan yığılıb.

Bu barədə Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yığılan qan Bakı üzrə 630, regionlarda isə 255 vahid təşkil edib.

Vurğulanıb ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u, Aşura ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyası davam edir.

12.29

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar Bakıda 8 məscid və ziyarətgahlarda keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Report”a açıqlamasında bildirib ki, qanvermə aksiyası başlayandan indiyədək paytaxtda 600 nəfərə yaxın şəxs könüllü olaraq qan verib.

O qeyd edib ki, qanvermə aksiyasına vətəndaşlar tərəfindən çox böyük maraq var: “Aksiya hazırda davam edir”.

09:10

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.

“Report” xəbər verir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində təşkil olunub.

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Son xəbərlər

Orphus sistemi