AQTA sədri vətəndaşlara müraciət edib

AQTA sədri vətəndaşlara müraciət edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurum tərəfindən fəaliyyəti məhdudlaşdırılan, daha sonra fəaliyyətini davam etdirən sahibkarlıq subyektləri ilə bağlı cəmiyyətdə yaranan mənfi fikirlərə münasibət bildirib.
Sağlamlıq
29 Dekabr , 2019 16:57
AQTA sədri vətəndaşlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurum tərəfindən fəaliyyəti məhdudlaşdırılan, daha sonra fəaliyyətini davam etdirən sahibkarlıq subyektləri ilə bağlı cəmiyyətdə yaranan mənfi fikirlərə münasibət bildirib.

"Report"un məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, nöqsan aşkarlanan müəssisənin fəaliyyəti ilk andan dayandırılmır.

Onun sözlərinə görə, əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edilir: "Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır. Bizim çıxartdığımız qərardadın da adı belədir”.

Q.Təhməzli vətəndaşlara da müraciət edib: "Kim hansı ünvanda təhlükəli qida ilə bağlı məlumat bilirsə, Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat versin. Əgər doğrudan da hansısa bir zirzəmidə insan sağlamlığı üçün ziyanlı olan bir qida məhsulunun istehsalı haqqında məlumatlıdırsa, bizə  desinlər və tədbir görək. Hər kəs şikayətlənir ki, Azərbaycanda qeyri-qanuni spirtli içkilərin qablaşdırılması ilə məşğul olanların olduğunu bilirdik. Əgər insanlar bunu bilir və demirsə, bilavasitə onlar cinayətdə iştirak etmiş olurlar. Əhali bu məsələdə bizə dəstək olmalıdır”.

Son xəbərlər

Orphus sistemi