AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub

AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.
Sağlamlıq
28 Yanvar , 2023 15:30
AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.

"Report" xəbər verir ki, səfərdə ölkə ərazisində feromon və rəngli tələlərin müştərək istehsalı müəssisəsinin işə salınmasına dair əldə edilmiş razılaşmalar çərçivəsində AQTA nümayəndə heyəti Moskvada “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) bioloji bitki mühafizə vasitələrinin istehsalı müəssisəsində olub.

Görüş zamanı AQTA nümayəndələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) və Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri ilə istehsal prosesinin təşkilinə dair texniki tələbləri, hazır bioməhsulların logistik xüsusiyyətlərini və saxlanma şəraitini müzakirə ediblər.

AQTA və AQTİ-nin nümayəndə heyəti səfər çərçivəsində həmçinin arı ailələrinin yetişdirilməsi ilə bağlı laboratoriyada da olublar.

Qeyd edək ki, bu il Azərbaycanla Rusiyanın feromon tələlərin birgə istehsalına başlanılması planlaşdırılır. Bu, “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNIIKR) istehsal müəssisələrinin Rusiya Federasiyasından kənarda fəaliyyət göstərən ilk nümunəsi olacaq.

Nümayəndə heyətləri görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Xatırladaq ki, Ümumrusiya Bitki Karantini Mərkəzinin rəsmi saytında da keçirilən görüşlər və birgə fəaliyyətlə bağlı məlumatlar yer alıb.

Son xəbərlər

Orphus sistemi