AQTA koronavirusla bağlı növbəti metodiki göstəriş hazırladı

AQTA koronavirusla bağlı növbəti metodiki göstəriş hazırladı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
Sağlamlıq
24 Mart , 2020 12:25
AQTA koronavirusla bağlı növbəti metodiki göstəriş hazırladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

“Report” xəbər verir ki, metodiki göstərişlərdə istehlakçılar üçün infoqraf, yarmarkalar, təmizlik və dezinfeksiya işləri, işçi heyətinin şəxsi gigiyenası, işçi heyətinin müayinəsi ətraflı şəkildə qeyd olunub.

İstehlakçıları məlumatlandırmaq məqsədilə tərtib edilən bu metodiki göstərişlərdə yer alan infoqrafın çoxaldılaraq müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılmasını, həmçinin ödəniş həyata keçirilən zaman hər bir vətəndaşa təqdim olunması tövsiyə olunub.

Metodiki göstərişlərlə daha yaxından bu linkə daxil olmaqla tanışlıq mümkündür. 

Son xəbərlər

Orphus sistemi