AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirəcək

AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirəcək Azərbaycan Respublikasının Qida, Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinin nümayəndələri üçün Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
Sağlamlıq
30 İyul , 2020 18:21
AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirəcək

Azərbaycan Respublikasının Qida, Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinin nümayəndələri üçün Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərarının icrasının təmin olunmasına  dair videokonfrans keçirəcək. 

AQTA-dan "Report"a verilən məlumata görə, konfransda koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları, qida qəbulu zallarında oturacaqların ara məsafəsi, masalararası məsafə, qida qəbulu yerlərinin ümumi sahəsi və oturacaq yerlərinin sayını əks etdirən lövhələr barədə fikir mübadiləsi aparılacaq.  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinin nümayəndələrini avqustun 04-də, saat 16:30-da keçiriləcək videokonfransa dəvət edir. Videokonfransda iştirak etmək istəyənlər Agentliyin (012) 377-00-77 (daxili: 170, 175, 214 ) nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi