AQTA: "Bioloji aktiv qida maddələrinə nəzarət gücləndiriləcək"

AQTA: "Bioloji aktiv qida maddələrinə nəzarət gücləndiriləcək" Bioloji aktiv qida maddələrinə bioloji aktiv qida məhsulları nəzarət daha da gücləndiriləcək.
Sağlamlıq
135
9 Mart , 2022 16:52
AQTA: Bioloji aktiv qida maddələrinə nəzarət gücləndiriləcək

Bioloji aktiv qida maddələrinə bioloji aktiv qida məhsulları nəzarət daha da gücləndiriləcək.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirlərinin artırılması “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsində təsbit olunub. Belə ki, bu məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək.

Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida maddələrinin ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.

Bundan əlavə, yeni qanunvericilikdə BAQM-ın təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.

Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida maddələri üçün emal mərhələsində, ölkə ərazisinə ilk dəfə idxal olunacaq BAQM üçün isə idxaldan əvvəl həyata keçiriləcək.

Bioloji aktiv qida maddələrinin respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.

Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida maddələri reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Agentliyin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində bioloji fəallığa malik qida əlavələrinin adı bioloji aktiv qida maddələri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi