AQTA daha 3 müəssisədə qanun pozuntuları aşkarlayıb

AQTA daha 3 müəssisədə qanun pozuntuları aşkarlayıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş me
Sağlamlıq
23 Avqust , 2021 16:01
AQTA daha 3 müəssisədə qanun pozuntuları aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 22-də ölkə üzrə 383 ictimai iaşə obyektində 637 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Yusifov Akif Yusif oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, İslam Səfərli küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Xudiyev Nicat Etibar oğluna məxsus kafe;

3. Oğuz rayonu, Calut kəndində yerləşən, fiziki şəxs Talıbzadə Anar İlqar oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi