AQTA 191 pestisidin istifadəsinə qadağa qoyub

AQTA 191 pestisidin istifadəsinə qadağa qoyub AQTA 191 adda aktiv maddəni əhatə edən pestisidlərin ölkə ərazisində istifadəsinə qadağa qoyub.
Sağlamlıq
14 Oktyabr , 2021 11:12
AQTA 191 pestisidin istifadəsinə qadağa qoyub

AQTA 191 adda aktiv maddəni əhatə edən pestisidlərin ölkə ərazisində istifadəsinə qadağa qoyub.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" Qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 2021-ci il 29 iyun tarixindən qüvvəyə minib: "Qanundan irəli gələrək Agentlik və Rosselxoznadzor arasında saziş bağlanması nəzərdə tutulub. Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiya Federasiyasında qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".

Q.Təhməzli bildirib ki, ölkəyə yalnız dövlət qeydiyyatına alınmış pestisidlər və aqrokimyəvi maddələr idxal olunmalıdır.

Son xəbərlər

Orphus sistemi