Alimlər şəkər əvəzləyicisinin superbakteriyalara qarşı güclü silah olduğunu müəyyən ediblər

Alimlər şəkər əvəzləyicisinin superbakteriyalara qarşı güclü silah olduğunu müəyyən ediblər Britaniyanın
Sağlamlıq
6 aprel 2025 09:30
Alimlər şəkər əvəzləyicisinin superbakteriyalara qarşı güclü silah olduğunu müəyyən ediblər

Britaniyanın Brunel London Universitetinin alimləri gözlənilməz bir kəşf ediblər: bir əsrdən çoxdur pəhriz məhsullarında istifadə olunan populyar şəkər əvəzedicisi saxarin, ən təhlükəli dərmanlara davamlı bakteriyaları belə, yox etmək qabiliyyətinə malikdir.

“Report” xəbər verir ki, araşdırmanın nəticələri Avropa Molekulyar Biologiya Təşkilatı (EMBO) “Molecular Medicine” elmi jurnalında dərc edilib.

Komanda sübut edib ki, saxarin xüsusi antimikrob keyfiyyətələrə malikdir. O, təkcə bakteriyaların hüceyrə divarlarını dağıtmır, həm də onların müdafiə mexanizmlərini zəiflədir, patogenləri antibiotiklərin təsirinə qarşı həssas edir.

Saxarin bakteriyaların davamlılıq mexanizmlərinin bir neçə əsas növünə qarşı effektivlik göstərib. Maddə DNT replikasiyasını pozur, biopərdələrin əmələ gəlməsini əngəlləyir və antibiotiklərin hüceyrələrə girməsini gücləndirir.

Elm adamları saxarinlə eksperimental hidrogel sarğı yaradıblar ki, bu da sınaqlarda ənənəvi gümüş əsaslı antimikrob sarğılardan daha effektiv olub. Bu, xronik yaraların müalicəsi və xəstəxana infeksiyalarına qarşı mübarizə üçün yeni imkanlar açır.

Son xəbərlər

Orphus sistemi