Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri: "Ağalıda əhaliyə tibbi xidmətin təşkili üçün bütün lazımi şərait yaradılıb"

Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri: "Ağalıda əhaliyə tibbi xidmətin təşkili üçün bütün lazımi şərait yaradılıb" Zəngilan rayonu Ağalı kəndinə köçürülən əhaliyə tibbi xidmətin təşkil edilməsi üçün bütün lazımı şərait yaradılıb.
Sağlamlıq
13 Sentyabr , 2022 11:39
Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri: Ağalıda əhaliyə tibbi xidmətin təşkili üçün bütün lazımi şərait yaradılıb

Zəngilan rayonu Ağalı kəndinə köçürülən əhaliyə tibbi xidmətin təşkil edilməsi üçün bütün lazımı şərait yaradılıb.

Bunu “Report”un Qarabağ bürosuna Ağalıda fəaliyyətə başlayan Zəngilan rayon xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova bildirib.

Onun sözlərinə görə, Mərkəzdə ailə həkimi, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, laborator xidmətlər otaqları və stomatoloji kabinet fəaliyyət göstərir:

“Məntəqə ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Sağlamlıq Mərkəzinə fəaliyyətə başlayandan indiyədək həm Ağalı sakinləri, həm də ərazidəki şirkətlərin əməkdaşları olmaqla, 250 nəfərə tibb xidməti göstərilib”, - Mərkəzin şöbə müdiri deyib.

Ceyran Abbasovanın sözlərinə görə, pasiyentlərin bəzi ixtisaslı həkimlərə yönləndirilməsi üçün mərkəzdə “Salam doktor” kabineti də yaradılıb:

“Bu kabinet vasitəsilə paytaxtda çalışan, ixtisaslı həkimlərlə onlayn əlaqə yaradılır, xəstələrin şikayətləri dinlənilir, onlara tibbi xidmət göstərilir”.

Son xəbərlər

Orphus sistemi