Agentlik sədri: "Sahibkarlar iyulun 1-dən başlayaraq qida təhlükəsizliyi kartı ilə qeydiyyatdan keçəcəklər"

Agentlik sədri: "Sahibkarlar iyulun 1-dən başlayaraq qida təhlükəsizliyi kartı ilə qeydiyyatdan keçəcəklər" "Sahibkarlıq subyektləri istehsal etdikləri məhsullar üçün sertifikatlaşdırmaya cəlb olunmayacaq"
Sağlamlıq
18 May , 2018 11:42
Agentlik sədri: Sahibkarlar iyulun 1-dən başlayaraq qida təhlükəsizliyi kartı ilə qeydiyyatdan keçəcəklər
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Qida istehsalı ilə məşğul olan sahibkarlar iyulun 1-dən başlayaraq qida təhlükəsizliyi kartı ilə qeydiyyatdan keçəcəklər".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektləri istehsal etdikləri məhsullar üçün sertifikatlaşdırmaya cəlb olunmayacaq: "Qanuna əsasən, ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcək və məhsullarını reyestrə salacaqlar. Qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaq".

Agentliyin sədri bildirib ki, idxalçı dövlətin tələbinə uyğun olaraq əgər dövlət fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa Qida Təhlükəsizliyi Agentliyi bu sertifikatı da verəcək: "Qida təhlükəsizliyinin qeydiyyatı ASAN xidmətin bir pəncərə prinsipi ilə həyata keçiriləcək.

Sertifikat üçün tələb olunan rüsumlar tarif Şurasına təqdim olunub. Rüsumlar təsdiq olunandan sonra rüsumların ödənilməsi "ASAN xidmət"in müvafiq mərkəzlərində həyata keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi