Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi?

Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi? Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.
Sağlamlıq
2817
18 İyul , 2020 20:25
Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi?

Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.

“Report”un məlumatına görə, bu barədə “Nature” jurnalı məqalə dərc edib.

Alimlərin araşdırmasına görə, hətta ekstremal şərtlərdə belə, virus ağcaqanadın özündə çoxala bilməyib.

Odur ki, əgər ağcaqanad koronavirusa yoluxan şəxsi sancsa belə virusu digər insana yoluxdurması mümkün deyil.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur.

Son xəbərlər

Orphus sistemi