9 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

9 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 26-da qida məhsulları sahəsində fəaliyyət göstərən 23 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
126
27 May , 2021 14:16
9 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 26-da qida məhsulları sahəsində fəaliyyət göstərən 23 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat evrilib.

Bildirlib ki, qeyd edilən tarixdə 9 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Rəhimov Röyal Şəmil oğlu

ictimai iaşə

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

Əsgərov Nəbi Məmməd oğlu

ictimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

Məhərrəmov Pənah Misirxan oğlu

pərakəndə satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

İlyasov Süleyman Məzahir oğlu

emal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

5

Umbatov Qurban Şakir oğlu

istehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

6

"AHIMSA" MMC

istehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

7

Nuriyev Rauf Asif oğlu

pərakəndə satış

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

8

Bayramov Abduləli Qurban oğlu

pərakəndə satış

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

9

Nəsirova Vəfa Tanirverdi qızı

ictimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi