2030-cu ilin sonuna kimi İİV xəstəliyinin qarşısı alına bilər

2030-cu ilin sonuna kimi İİV xəstəliyinin qarşısı alına bilər Lakin bu proses mərhələli şəkildə aparılmalıdır
Sağlamlıq
1 Dekabr , 2014 15:20
2030-cu ilin sonuna kimi İİV xəstəliyinin qarşısı alına bilər

Bakı. 1 dekabr. REPORT.AZ/ "Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna hazırladığı hesabata əsasən, 2030-cu ilin sonuna qədər İİV-ə yoluxma hallarının qarşısını almaq mümkün olacaq. Lakin bu proses mərhələli şəkildə aparılmalıdır". "Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ilə qədər İİV xəstəliyinin müayinəsi geniş tətbiq olunmalı və hər bir insan özünün İİV statusunu bilməlidir: "Beləliklə də 2020-ci ilə qədər göstərici 90 faiz olmalıdır. Bu göstərici həm də Azərbaycana şamil edilir. Çalışmalıyıq ki, o zamana qədər bu məqsədə nail olaq. Bu da o deməkdir ki, bütün insanların müayinədən keçirilməsinə imkan yaradılmalıdır. Bununla da İİV-ə yoluxanların 90 faizi aşkar oluna və müalicə edilə bilər. Yalnız bu təqdirdə 2030-cu ilin sonuna kimi xəstəliyin qarşısı alına bilər. Ona görə də bu sahə üzrə maarifləndirmə və təbliğat işləri sürətləndirilməlidir".

Son xəbərlər

Orphus sistemi