Bakı. 25 aprel. REPORT.AZ/ Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.
Bildirilib ki, etirazçılar Yerevandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.
Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən Yerevan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb.