Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb Bakı. 25 aprel. REPORT.AZ/ Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Region
118
25 Aprel , 2018 17:56
Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb
Sputnik

Bakı. 25 aprel. REPORT.AZ/ Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.

Bildirilib ki, etirazçılar Yerevandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.

Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən Yerevan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb. 

Son xəbərlər

Orphus sistemi