Bakı. 25 yanvar. REPORT.AZ/ Yerevanın Davidaşen rayonunda evdəki partlayış nəticəsində 62 yaşlı kişi ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, partlayışdan sonra hadisə yerinə gedən xilasedicilər və polis əməkdaşları mənzilin eyvanında kişi meyiti aşkarlayıblar.
Məlumata görə, partlayış nəticəsində mənzilin pəncərələrinin şüşələri sınıb, mebellər dağılıb.
Xəbərdə bildirilib ki, partlayışın səbəbi hələlik məlum deyil. Ölən kişinin kimliyi də müəyyənləşib. Bu, 62 yaşlı Razmik Faraşyandır.