Yerevanda mənzildə partlayış olub, bir kişi ölüb

Yerevanda mənzildə partlayış olub, bir kişi ölüb Hadisə nəticəsində mənzilin pəncərələrinin şüşələri sınıb, mebellər dağılıb
Region
25 Yanvar , 2017 16:23
Yerevanda mənzildə partlayış olub, bir kişi ölüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Yerevanın Davidaşen rayonunda evdəki partlayış nəticəsində 62 yaşlı kişi ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, partlayışdan sonra hadisə yerinə gedən xilasedicilər və polis əməkdaşları mənzilin eyvanında kişi meyiti aşkarlayıblar.

Məlumata görə, partlayış nəticəsində mənzilin pəncərələrinin şüşələri sınıb, mebellər dağılıb.

Xəbərdə bildirilib ki, partlayışın səbəbi hələlik məlum deyil. Ölən kişinin kimliyi də müəyyənləşib. Bu, 62 yaşlı Razmik Faraşyandır. 

Son xəbərlər

Orphus sistemi