Yuxarı

​Yerevanda kişi doğum evlərinin birində həyat yoldaşını güllələyib

O, doğum evinə gələrək, həyat yoldaşının boyun nahiyəsinə atəş açıb, sonra isə özünü də güllə ilə vurub

Bakı. 30 iyun. REPORT.AZ/ Kişi Yerevanın doğum evlərindən birində həyat yoldaşını güllələyib və bundan sonra intihar edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan bildirib.

Kişi doğum evinə gələrək, burada uşaq dünyaya gətirmiş həyat yoldaşının boyun nahiyəsinə atəş açıb, sonra isə özünü də güllə ilə vurub.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.  Hüquq-mühafizə orqanları hadisə yerində  təhqiqatlara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi