​Yerevanda kişi doğum evlərinin birində həyat yoldaşını güllələyib

​Yerevanda kişi doğum evlərinin birində həyat yoldaşını güllələyib O, doğum evinə gələrək, həyat yoldaşının boyun nahiyəsinə atəş açıb, sonra isə özünü də güllə ilə vurub
Region
208
30 İyun , 2015 13:52
​Yerevanda kişi doğum evlərinin birində həyat yoldaşını güllələyib

Bakı. 30 iyun. REPORT.AZ/ Kişi Yerevanın doğum evlərindən birində həyat yoldaşını güllələyib və bundan sonra intihar edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan bildirib.

Kişi doğum evinə gələrək, burada uşaq dünyaya gətirmiş həyat yoldaşının boyun nahiyəsinə atəş açıb, sonra isə özünü də güllə ilə vurub.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.  Hüquq-mühafizə orqanları hadisə yerində  təhqiqatlara başlayıb.

Son xəbərlər

Orphus sistemi