XİN başçıları "Şərq tərəfdaşlığı" ölkələrinin dəstəklənməsini müzakirə edəcək

XİN başçıları "Şərq tərəfdaşlığı" ölkələrinin dəstəklənməsini müzakirə edəcək Federika Mogerini: "Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın dəstəklənməsindən danışacağıq"
Region
4 Sentyabr , 2015 17:20
XİN başçıları Şərq tərəfdaşlığı ölkələrinin dəstəklənməsini müzakirə edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin Lüksemburqda keçirləcək görüşündə Rusiya ilə münasibətlər, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın dəstəklənməsi məsələsi müzakirə ediləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini bildirib.

"Diqqətimizi şərqdəki tərəfdaşlarımıza, Ukraynadakı böhrana yönəltdiyimiz halda, Liviya, Suriya və Yaxın Şərqdə baş verənləri unutmamalıyıq. Ona görə də biz Rusiya ilə münasibətlərimizlə bağlı açıq və uzaqgörən müzakirə aparacağıq. Ukraynadan başlayaraq, Şərqdəki dostlarımızın - Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanla münasibətlər və onların dəstəklənməsinə dair məsələlərdən danışacağıq", - Federika Mogerini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-6-da Lüksemburqda Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi