Yuxarı

Ukrayna hərbçilərinin sayını 250 minə çatdırmaq istəyir

Pyotr Poroşenko məsələ ilə bağlı parlamentə sənəd təqdim edib

Bakı. 2 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko orduda hərbçilərin sayının 250 minə çatdırılması ilə bağlı parlamentə sənəd təqdim edib.

"Report" xəbər verir ki, bu haqda Ukrayna parlamentinin rəsmi saytında məlumat yer alıb.

"Çevik hərbi qruplarla slahlı təcavüzə vaxtında cavab verilməsi, münaqişənin ləğvinin təmin edilməsi məqsədilə Ukrayna Silahlı Qüvvələrinin sayının hüquqi zəmində tənzimlənməsi üçün qanun layihəsi hazırlanıb" , - xəbərdə bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi